Biyoiklimsel Pergolalar

Bioklimatik Pergola

Avtomatik açılıb-bağlana bilən «Bioklimatik Pergol»a sistemi erqonomik və funksional olun ən son texlonoji məhsuldur. Hər məkanda istifadə oluna bilən Bioklimatik Perqola Sistemləri insanlar arasında daha çox Rolling Roof, geri çəkilə bilən dam və ya qatlanan terras kimi tanınır. Günəşin, küləyin, yağışın mənfi təsirlərindən qorunmaq üçün istifadə edilən bu sistem kafe, restoran, qış bağçası, hovuz üstü bağlanılmasında və digər məkanlarda əlverişlidir.  
Sistem tamamilə avtomatik idarə edilir və həm qatlanma, həm də yığılma funksiyasına malikdir. Əsasən alüminium panellərdən hazırlanır və divar qalınlığı 40 mm, panel daxili isə penaplas köpüklə doludur. Penaplas köpük izolyasiya-isti, soyuq və yanğına davamlı olması baxımından çox önəmlidir. Həmçinin tavan işıqları da avtomatik idarə edilir.

Sistemdə xüsusi hazırlanmış alüminium panellərdən istifadə olunur. 

Konstruskiyanın açılması zamanı panellər növbəli şəkildə öndən geriyə doğru qatlanaraq bir birinin üzərinə yığılır.  Pergoladan fərqli olaraq bu sistemdə panellər həm, arxaya doğru qatlanaraq yığılır ,həm də 45 dərəcə bucaq altında yerində qatlanır.