Biyoiklimsel Pergolalar,Tente, Perde, Şemsiye Sistemleri

Pergola-tent

Pergola Tent Sistemləri ilin hər fəslində istifadə oluna bilən bir sistemdir və istifadəsi daha çox planlaşdırılna istənilən sahədə rahatlıqla tətbiq oluna bilir. Verandalarda, kafe və restoranlarda, yay və ya qış bağçalarında, açıq havada, hovuzlarda və bir çox başqa yerlərdə Perqola Tent Sistemləri seçilərək istənildiyi kimi açılıb bağlana bilər və ən əlverişli avtomatik sistemdir.

Bu gün bir çox xidmət müəssisələrində ya şəxsi istifadə sahələrində işıq sistemi ilə çəkilə və idarə oluna bilən pergola tent sistemlərinə daha çox üstünlük verilir. İstifadə olunan alüminium relslər sayəsində asanlıqla açılıb bağlana bilir və alüminium profillər və aksesuarlar tamamilə paslanmaya davamlıdır. Sistemdə istifadə olunan tent parça özəl xüsusiyyətə malik parça növüdür və bu parça növü su keçirməz, yanğına davamlı və işıq keçirməzdir. Müştərilərimizin istəyinə bağlı olaraq, LED lampalar ilə işıqlandırma verilərək tətbiq olunduğu məkana estetik görüntü verilə bilər.